Modern.az

“Aztelekom” ATİB-ə üzv oldu

“Aztelekom” ATİB-ə üzv oldu

Aktual

24 Aprel 2026, 10:04

“Aztelekom” MMC Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv olub. Bu üzvlük şirkətin biznes əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və korporativ əməkdaşlıqların inkişafı baxımından mühüm addımdır.

Modern.az xəbər verir ki, telekommunikasiya sahəsində uzunillik təcrübəyə və ölkə üzrə geniş şəbəkə əhatəsinə malik olan “Aztelekom” fərdi və korporativ müştərilər üçün müxtəlif rəqəmsal həllər təqdim edir. ATİB üzvlüyü isə şirkətə müxtəlif sahələr üzrə fəaliyyət göstərən çoxsaylı biznes tərəfdaşları ilə daha yaxından əməkdaşlıq etmək imkanı verəcək.

Bu əməkdaşlıq çərçivəsində “Aztelekom”un korporativ satış istiqamətində imkanlarının genişlənməsi, yeni layihələrin formalaşması və biznes əlaqələrinin daha da güclənməsi gözlənilir. 

Cəmiyyət bundan sonra da innovativ yanaşmalarla bazarda mövqeyini möhkəmləndirməyi və tərəfdaş şəbəkəsini genişləndirməyi hədəfləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ