Modern.az

Prezidentin köməkçisi: Qazançı kilsəsi ilkin şəklində bərpa olunub

Prezidentin köməkçisi: Qazançı kilsəsi ilkin şəklində bərpa olunub

Aktual

2 May 2026, 10:58

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsindən paylaşım edib. 

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

"Şuşada yerləşən Qazançı kilsəsinin daxili. Kilsə ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa olunub. Azərbaycan Respublikası ərazisində yerləşən bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq qorunur, mühafizə edilir və bərpa olunur", - deyə H.Hacıyev qeyd edib.

 

Sizə yeni x var
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV