Modern.az

Simonyanın etirafları Ermənistanın qorxularını üzə çıxardı - DEPUTAT

Simonyanın etirafları Ermənistanın qorxularını üzə çıxardı - DEPUTAT

Aktual

Bu gün, 15:59

"Fransa Prezidenti Emmanuel Makronun İrəvanda keçirilən “İrəvan Dialoqu” forumundakı çıxışı və Ermənistan parlamentinin sədri Alen Simonyanın "Deutsche Welle"ə verdiyi müsahibə birlikdə təhlil edildikdə, Ermənistanın daxilində yaranan ciddi siyasi və geosiyasi dilemma daha aydın görünür.Bir tərəfdən Fransa Ermənistanı Qərbin geosiyasi orbitinə daha sıx bağlamağa çalışır, digər tərəfdən isə Ermənistan daxilində artıq bu siyasətin yaratdığı riskləri anlayan siyasi çevrələrin narahatlığı açıq hiss olunur".

Bu sözləri Modern.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. 

Deutat qeyd edib ki, bu baxımdan Alen Simonyanın açıqlamaları xüsusi diqqət çəkir. Onun “7 iyunda seçim sülh və müharibə arasında olacaq” fikri əslində Ermənistanın qarşısında duran strateji seçimin açıq etirafıdır. Simonyan faktiki olaraq bildirir ki, ölkə ya region dövlətləri ilə normal münasibətlər qurmalı, ya da köhnə revanşist siyasətin nəticələri ilə üzləşməlidir:

"Daha diqqətçəkən məqam isə Simonyanın “amorf Ermənistan” və “real Ermənistan” barədə dedikləridir. Ermənistan parlamentinin sədri etiraf edir ki, ölkə uzun illər dövlət strategiyasını real geosiyasi maraqlar üzərində deyil, mifoloji və emosional narrativlər üzərində qurub. “Tarixi Ermənistan” ideologiyası Ermənistanı gücləndirmək əvəzinə onu təcrid edib və xarici güclərin təsir alətinə çevirib".

R. Nəbiyev vurğulayıb ki, ilk dəfə yüksək səviyyəli erməni rəsmisi açıq şəkildə etiraf edir ki, “tarixi Ermənistan” konsepsiyası ölkənin özü üçün təhlükəyə çevrilib. Simonyanın “əks halda Ermənistan xəritədən silinə, quberniyaya çevrilə bilər” fikri isə Ermənistan daxilində artan qorxuların və geosiyasi narahatlığın açıq göstəricisidir.

"Burada əsas risk Ermənistanın “yeni Ukrayna” modelinə sürüklənməsi ehtimalıdır. Necə ki, Ukrayna illərlə böyük güclərin rəqabət meydanına çevrildi və nəticədə dağıdıcı müharibə ilə üzləşdi, Ermənistan da bu gün oxşar geosiyasi ssenarinin elementləri ilə qarşı-qarşıyadır.

1519174

Bu riskləri artıran amillər də az deyil. Rusiyanın hərbi mövcudluğu hələ də Ermənistanda qalır. Paralel olaraq Fransanın hərbi iştirakının genişlənməsi, Avropa İttifaqı missiyasının aktivləşməsi və Qərblə yaxınlaşma siyasəti regiondakı həssas balansı daha da mürəkkəbləşdirir" - deyə millət vəkli vurğulayıb.

Makronun Rusiyanın Ermənistanı “tərk etməsi” ilə bağlı mesajları da bu kontekstdə qiymətləndirilə bilər. Ermənistan cəmiyyətinə “köhnə təhlükəsizlik modeli dağılıb, yeni istiqamət Qərbdir” mesajı verilir. Amma problem ondadır ki, Qərb Ermənistan üçün real təhlükəsizlik təminatı təqdim etmir və mövcud geosiyasi şəraitdə bunu etmək imkanına da malik deyil:

"Əslində həm Makronun çıxışı, həm də Simonyanın etirafları bir həqiqəti ortaya qoyur: Ermənistan yol ayrıcındadır. Bir yol region dövlətləri ilə əməkdaşlıq, sərhədlərin açılması və iqtisadi inteqrasiyadır. Digər yol isə xarici güclərin geosiyasi qarşıdurmasının alətinə çevrilmək və revanşist siyasəti davam etdirməkdir".

"Bu fonda Azərbaycanın mövqeyi daha fərqli görünür. 44 günlük Vətən müharibəsindən və 2023-cü ildə tam suverenliyin bərpasından sonra formalaşan yeni siyasi reallıq regionda əməkdaşlıq və sabitlik üzərində qurulub. Prezident İlham Əliyevin irəli sürdüyü siyasi xəttin əsas istiqamətlərindən biri də Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda uzunmüddətli sülh mühitinin formalaşdırılmasıdır"  R. Nəbiyev sonda qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV