Modern.az

Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı

Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı

Aktual

Bu gün, 14:04

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib:

“Dövlət Məşğulluq Agentliyindəki fəaliyyətim bu gün etibarilə yekunlaşdı.
​Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim.
​Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi bildirirəm”.

M.Musayev yeni işə başlayacağını da qeyd edib.

Xatırladaq ki, Mayis Musayev daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi vəzifəsində çalışmışdı.

O, 2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri işləhyirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?