Modern.az

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Aktual

Bu gün, 11:19

ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban bayramı ilə əlaqədar təbrik mesajı ünvanlayıb.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

"ABŞ-nin Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik.

Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.

Qurban Bayramınız mübarək!".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı