Modern.az

CHP-də yeni mərhələ: Özel tərəfdarları imza toplamağa başladı

CHP-də yeni mərhələ: Özel tərəfdarları imza toplamağa başladı

Aktual

Bu gün, 18:10

Bir müddət əvvəl, CHP-nin 2023-cü ildəki 38-ci qurultayında qəbul olunmuş qərar məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan”) hesab edilib. Məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özel postundan uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb.

Mayın 24-də Özgür Özel polisin müdaxiləsi ilə partiya qərargahından çıxarılıb. O, tərəfdarlarına müraciətində deyib ki, CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar. Baş verən proseslərin necə nəticələnəcəyi maraq doğurur.

Modern.az-a açıqlamasında sabiq sədr Özgür Özelin müavini Yankı Bağcıoğlu bildirib ki, bu gün gəldiyimiz nöqtədə Cümhuriyyət Xalq Partiyası daxili mübahisələrə vaxt itirmədən xalqın real gündəminə fokuslanır:

“Qurultayımızla bağlı ortaya atılan “mütləq butlan” qərarı və sonrakı müzakirələr, Cümhuriyyət Xalq Partiyasının institusional kimliyini və təşkilati iradəsini hədəf alan bir prosesə çevrilmək istənilib. Halbuki partiyamızın legitimlik mənbəyi nümayəndələrimizin azad iradəsi, üzvlərimizin seçimi və təşkilatımızın qətiyyətidir. Heç bir hüquqi və ya siyasi müzakirə bu iradədən üstün deyil.

Bu gün gəldiyimiz nöqtədə Cümhuriyyət Xalq Partiyası daxili mübahisələrə vaxt itirmədən xalqımızın real gündəminə fokuslanır. Dərinləşən iqtisadi problemlər, ədalət axtarışı, demokratiya və hüquqi dövlətə ehtiyac əvvəlkindən daha aktualdır. Başqanımız hörmətli Özgür Özəlin liderliyi ilə partiyamız təşkilati bütövlüyünü qoruyaraq iqtidara gedən yolunu davam etdirir.

Bu səbəbdən partiyamızın birlik və həmrəyliyini daha da gücləndirəcək, bütün mübahisələrə son qoyacaq ən doğru yolun növbədənkənar qurultayın sürətlə keçirilməsi olduğu aydındır. Cümhuriyyət Xalq Partiyası hər zaman olduğu kimi, çıxış yolunu yenə demokratiya daxilində, təşkilatın iradəsində və qurultay ənənəsində tapacaq”.

Y.Bağcıoğlu gedən müzakirələrdə itib-batmaq əvəzinə xalqın real problemlərinə fokuslandıqlarını vurğulayıb:

“Bu proses bizə bir daha göstərdi ki, Cümhuriyyət Xalq Partiyasının gələcəyini məhkəmə zallarında deyil, üzvlərimizin, nümayəndələrimizin və xalqımızın iradəsi müəyyən edir. Biz də bu iradəyə sahib çıxaraq Türkiyəni demokratiya, hüquq və rifah əsasında yenidən ayağa qaldıracaq mübarizəni qətiyyətlə davam etdirəcəyik”.

Cümhuriyyət Xalq Partiyasının xarici siyasət koordinatoru İlhan Üzgel baş verənlərin kədərli olduğunu deyib:

“Amma bəzi iddiaların əksinə olaraq, partiyada parçalanma yoxdur. Üzvlərimiz, seçicilərimiz və xalqımız Özgür Özelin və seçilmiş rəhbərliyin yanındadır. Ötən bazar günü keçirdiyimiz mitinqdə iştirak bunu açıq şəkildə göstərdi. Bizim istəyimiz qısa müddətdə yeni partiya qurultayının keçirilməsi, başqan seçkisinin yenidən təşkil olunması və partiya rəhbərliyinin yenidən seçkilərlə müəyyən edilməsidir".

İ. Üzgel artıq bu məqsədlə nümayəndələrdən imza toplamağa başladıqlarını qeyd edib:

"Xalqımız seçilmiş rəhbərliyi və başqan Özgür Özəli dəstəkləyir. Türkiyədə məhkəmə qərarı ilə partiya rəhbərliyinə gəlməyi xalqımızın qəbul etməsi mümkün deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV