Modern.az

Qafqazın nəqliyyat xəritəsini dəyişən layihə tam işə düşür - SABAH

Qafqazın nəqliyyat xəritəsini dəyişən layihə tam işə düşür - SABAH

Aktual

Bu gün, 18:11

Bakı–Tbilisi–Qars dəmir yolu xətti iyunun 2-dən etibarən Gürcüstan hissəsində aparılan modernizasiya işlərinin tamamlanmasından sonra tam istismar rejiminə keçir.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Marabda–Karsaxi dəmir yolu hissəsinin ümumi uzunluğu 180 kilometr təşkil edir. Layihə çərçivəsində 153 kilometrlik dəmir yolu xətti yenidən qurulub və modernləşdirilib, eyni zamanda Avropa standartlarına uyğun 27 kilometrlik yeni dəmir yolu hissəsi inşa edilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, dəmir yolu hissəsinin tam istifadəyə verilməsi Gürcüstanın Baş nazirinin Bakıya səfəri zamanı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında ikitərəfli koordinasiya şurasının protokolunun imzalanmasından sonra mümkün olub.

Ekspert hesablamalarına əsasən, Bakı–Tbilisi–Qars xəttinin tam istismara verilməsindən sonra onun illik yükötürmə qabiliyyəti 5 milyon tona qədər artacaq.

Bakı–Tbilisi–Qars dəmir yolu xətti regionun əsas nəqliyyat arteriyalarından biri hesab olunur və Avropa ilə Asiya arasında yükdaşımaların artırılmasında mühüm rol oynayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV