Modern.az

Ceyhun Bayramov amerikalı diplomatla nələri müzakirə etdi?

Ceyhun Bayramov amerikalı diplomatla nələri müzakirə etdi?

Aktual

Bu gün, 13:27

Bakı Enerji Həftəsi çərçivəsində ABŞ Dövlət Katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi paylaşım edib.

Qeyd edilib ki,görüş zamanı Azərbaycan və ABŞ arasında davam edən əməkdaşlıq, eləcə də ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əldə olunan irəliləyişlər müzakirə olunub.

Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyəti, enerji əməkdaşlığı və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş Bakı Enerji Həftəsi çərçivəsində keçirilən beynəlxalq təmasların davamı kimi qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV