Modern.az

İranın nümayəndə heyəti İsveçrəyə yola düşdü

İranın nümayəndə heyəti İsveçrəyə yola düşdü

Aktual

Bu gün, 19:37

İranın "Minab 168" adlı nümayəndə heyəti ABŞ ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrənin Sürix şəhərinə yola düşüb.

Modern.az xəbər verir ki, IRIB-in yaydığı məlumata əsasən, nümayəndə heyətinin tərkibinə parlament sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai və digər rəsmilər daxildir.

İsmayıl Bəqai bildirib ki, səfərin əsas məqsədi qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarət etməkdir.

“Qarşı tərəfin öhdəlikləri pozması ilə bağlı əvvəlki təcrübələri nəzərə alaraq, biz onların razılaşmanın şərtlərinə ciddi şəkildə əməl etməsini tələb etməliyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları zamanı ümumilikdə 281 şagird və müəllim həlak olub. Həlak olanlardan 168 nəfəri Minab şəhərində yerləşən qızlar məktəbinin bombalanması nəticəsində həyatını itirib. İran nümayəndə heyətinin "Minab 168" adlandırılması həmin hadisənin və hərbi cinayətlərin xatırladılması məqsədi daşıdığı kimi qiymətləndirilir.

 

***

19:25

 

İranın danışıqlar aparan nümayəndə heyəti yaxın saatlarda İsveçrəyə yollanacaq.

Modern.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinin İsveçrəyə səfəri danışıqların ikinci mərhələsinin başlanması anlamına gəlmir və əsas məqsəd tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarət etməkdir.

Bəqai bildirib ki, öhdəliklər tam şəkildə müəyyən olunub və qarşılıqlı anlaşma memorandumunun ilk bəndi tərəflərin ən mühüm öhdəliyini – Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

“Biz üzərimizə düşən öhdəlikləri yerinə yetirmişik. Lakin qarşı tərəf öz müttəfiqlərini, xüsusilə də İsraili Livanda atəşkəs rejiminə əməl etməyə məcbur etməli idi. Bunun baş verdiyini müşahidə etmədik və bu hal atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirilir”, – deyə o vurğulayıb.

Sözçü qeyd edib ki, dəniz blokadasının aradan qaldırılması və Hörmüz boğazının açılması ilə bağlı öhdəliklər yerinə yetirilib. Bununla belə, memorandum vahid və qarşılıqlı bağlı öhdəliklər paketidir:

“Əgər bu öhdəliklərin hər hansı hissəsi icra olunmazsa, bütün memorandumun həyata keçirilməsi təhlükə altına düşəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, birinci bənd razılaşmanın əsas və ən vacib hissəsidir”.

Bəqai əlavə edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirmək üçün mümkün qədər tez zəruri addımlar atmalıdır. Əks halda, memorandumun icrasında ciddi problemlər yarana bilər.

Qeyd edək ki, daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi İsveçrədə keçirilməsi planlaşdırılan görüş barədə məlumat yaymışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV