İranın Ali lideri Möctəba Xamenei beş aydan sonra ilk dəfə yerli mediada yayımlanan videoda görünüb.
Modern.az xəbər verir ki, “Mehr” agentliyinin yaydığı kadrlarda İslam Respublikasının rəhbərinin, ehtimal ki, tələbələr üçün dini dərs keçdiyi görünür. Lakin videonun nə vaxt çəkildiyi məlum deyil.
Möctəba Xamenei martın əvvəlində İsrail və ABŞ-ın İrana hücumlarının ilk günü yaralanıb. Həmin hücum zamanı onun atası — respublikanın əvvəlki Ali lideri həlak olub.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, yaralanan şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Bundan əvvəl “The New York Times” qəzeti Xameneinin aldığı xəsarət və təhlükəsizlik təhdidi səbəbindən indiyədək ictimaiyyət qarşısına çıxmadığını və video yayımlamadığını bildirmişdi.