Ermənistan Ədliyyə Nazirliyində keçirilən müzakirədə Nikol Paşinyanın qızı Şuşan Paşinyanının hansı statusla iştirak etdiyi açıqlanıb.
Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyanın yerli mətbuata bildirdiyinə görə, Şuşan Paşinyan "Nazirlə bir gün" proqramında iştirak edir və eyni zamanda təcrübə proqramını başa vurur.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan şəxsi məlumatların qorunması üçün muxtar qurumun yaradılması ilə bağlı qanunvericilik paketinə dair müzakirələrin videoyazısını yayımlayıb və orada Şuşan Paşinyanın görüntüsü var. Bu görüntülər yayıldıqdan sonra Baş nazir Nikol Paşinyanın ortancıl qızı ilə bağlı suallar yaranmışdı.
***
Ermənistanın Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan ölkənin Ədliyyə Nazirliyinin fəaliyyətinə cəlb olunub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyanın şəxsi səhifəsində dərc olunan fotolardan məlum olub.
Fotolar şəxsi məlumatların mühafizəsi üzrə qurumun yaradılması ilə bağlı keçirilən işgüzar görüş zamanı çəkilib.
“Sputnik Ermənistan”ın yazdığına görə, Şuşan yaxın vaxtlarda Almaniyada Robert Boş Kollecini bitirib.
Məlumata əsasən, bundan sonra o, rəfiqəsinə məxsus tədris mərkəzində ingilis dili müəllimi kimi çalışıb.
Şuşanın Ədliyyə Nazirliyində hansı statusla və hansı vəzifədə fəaliyyət göstərdiyi barədə isə məlumat verilməyib.
Şuşan Paşinyan 17 iyul 2007-ci ildə anadan olub.