Modern.az

Ermənistan və Azərbaycan TRIPP marşrutunun şərtlərini müzakirə edir

Ermənistan və Azərbaycan TRIPP marşrutunun şərtlərini müzakirə edir

Aktual

Bu gün, 15:51

Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən marşrutlardan qarşılıqlı istifadə şərtləri ilə bağlı detalları hələ müzakirə edir.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Mülki müqavilə” fraksiyasından olan deputat, Xarici əlaqələr komissiyasının sədri vəzifəsinə namizəd Sarkis Xandanyan bildirib.

Məsələni “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan qaldırıb. O, Ermənistanın Azərbaycan ərazisində hansı yollardan TRIPP marşrutundan istifadə zamanı tətbiq ediləcək şərtlərlə istifadə edə biləcəyini soruşub.

Xandanyanın sözlərinə görə, qarşılıqlılıq prinsipi ilə bağlı məsələlər hələ müzakirə mərhələsindədir. Bunlara gömrük rüsumları və digər ödənişlər də daxil ola bilər.

“Ermənistan və Azərbaycan bu məsələləri layihənin icrası mərhələsində, nəqliyyat əlaqəsi başlayanda yekun razılaşdıracaqlar”, – deputat deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə görə ARA QARIŞDI - Rusiyaya sərt etirazlar