Modern.az

"Qarabağ" atı saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" atı saxlayanlara 1000 manat veriləcək

Aktual

Bu gün, 10:28

Azərbaycanın milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

Modern.az-ın məlumatına görə, yeni subsidiya mexanizmi çərçivəsində iki yaşadək dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1000 manat illik subsidiya veriləcək.

Subsidiya almaq üçün atların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.

Qeyd olunan dəstək tədbirinin milli at cinslərinin genofondunun qorunmasına, damazlıq işinin gücləndirilməsinə və “Qarabağ” və “Dilbaz” atlarının sayının artırılmasına xidmət etməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab