Modern.az

Ekspres avtobuslarda yenilik - ikinci validator quraşdırıldı

Ekspres avtobuslarda yenilik - ikinci validator quraşdırıldı

Aktual

7 Sentyabr 2026, 10:56

Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.

Modern.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!