İstanbulun Böyükada adasında faytonlarda istifadəsi qadağan edilən 51 at Türkiyənin Kastamonu vilayətinin Daday rayonunda atçılıq təsərrüfatlarına və yerli sakinlərə verilib.
Modern.az xəbər verir ki, atlardan 16-sı 4 atçılıq təsərrüfatına, 35-i isə müxtəlif iş və fəaliyyətlərdə istifadə olunmaq üçün vətəndaşlara təhvil verilib.
Atçılıq təsərrüfatının sahibi Levent Bıyıklı bildirib ki, atlara yaxşı qulluq edəcəklərinə dair öhdəlik götürüblər.
“Onlara qulluq edirik, ac saxlamırıq. Bizə gəldikdən sonra bir qədər daha rahat oldular. Faytondan ayrıldıqları üçün burada özlərini daha rahat hiss edirlər. Biz də bundan məmnunuq”, – deyə o qeyd edib.