Modern.az

Sağlamlıq üçün 10 min addım vacib deyilmiş - MARAQLI

Sağlamlıq üçün 10 min addım vacib deyilmiş - MARAQLI

Aktual

12 Sentyabr 2026, 23:48

Ürək-damar xəstəlikləri riskini azaltmaq üçün hər gün 10 min addım atmaq heç də vacib deyil.

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyada yüksək arterial təzyiqi olan 36 mindən çox insanın məlumatlarını araşdıran alimlər müəyyənləşdiriblər. Tədqiqatın nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.

Araşdırmada iştirak edənlər fiziki aktivliyi ölçən cihazlar taxıblar və onların sağlamlıq vəziyyəti təxminən 10 il ərzində izlənilib. Nəticələr göstərib ki, gündəlik fiziki aktivliyin artırılması ciddi ürək-damar problemləri riskinin azalması ilə əlaqəlidir.

İştirakçılar arasında ən aşağı fiziki aktivlik göstəricisi gündə orta hesabla 2344 addım olub. Hər əlavə 1000 addım ciddi ürək-damar hadisələri riskinin təxminən 17 faiz azalması ilə əlaqələndirilib.

Eyni zamanda insult riski 25 faiz, ürək çatışmazlığı riski 22 faiz, infarkt riski isə 9 faiz aşağı olub.

Alimlər müəyyən ediblər ki, əlavə addımların faydası insanın əvvəlki fiziki aktivlik səviyyəsindən asılı olmayıb. Yəni gündə təxminən 3000 addım atan şəxsin əlavə 1000 addım atması da, artıq 7000 və daha çox addım atan şəxsin aktivliyini artırması da faydalı olub.

Bununla belə, təxminən 10 min addımdan sonra əlavə addımların ürək-damar sağlamlığı baxımından nəzərəçarpacaq üstünlüyü əhəmiyyətli dərəcədə artmayıb.

Beləliklə, araşdırma hər gün mütləq 10 min addım atmaq hədəfinin zəruri olmadığını göstərir. Hətta gündəlik fiziki aktivliyin nisbətən az artırılması, xüsusilə yüksək qan təzyiqi olan insanlarda, ürək-damar sağlamlığı ilə bağlı müsbət nəticələrlə əlaqələndirilə bilər.

Qeyd edək ki, tədqiqat addımların sayı ilə xəstəlik riski arasında statistik əlaqə müəyyənləşdirib. Bu nəticələr addımların artırılmasının ürək-damar hadisələrinin qarşısını birbaşa aldığını sübut etmir.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi