Modern.az

Bakıda bu yolda təmir işləri aparılacaq - XƏBƏRDARLIQ 

Bakıda bu yolda təmir işləri aparılacaq - XƏBƏRDARLIQ 

Aktual

13 Sentyabr 2026, 00:23

Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində 14 sentyabr saat 09:00-dan etibarən təmir işləri həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, işlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...