Modern.az

ADY-də rekord: Bir gündə 52 min sərnişin daşındı

ADY-də rekord: Bir gündə 52 min sərnişin daşındı

Aktual

16 Sentyabr 2026, 14:40

Yeni tədris ilinin ilk günündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin səfəri qeydə alınıb.

Modern.az ADY-yə istinadən xəbər verir ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb.

Ötən ilin eyni günündə bu marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb. Beləliklə, sərnişin sayı ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 23,3 % artıb.

Yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən reyslərin sayı 90-dan 96-ya artırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir