Modern.az

Nazir Rəşad Nəbiyev səfirlə görüşdü - GÖRÜNTÜ

Nazir Rəşad Nəbiyev səfirlə görüşdü - GÖRÜNTÜ

Aktual

16 Sentyabr 2026, 14:20

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb. 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 

Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Eyni zamanda qeyd olunan istiqamətləri əhatə edən Azərbaycan–Böyük Britaniya Yol Xəritəsinin hazırlanması və qəbul edilməsi məsələləri müzakirə olunub.

Nazir Rəşad Nəbiyev Dunkan Norman ilə görüşdü - FOTOLAR

Nazir Rəşad Nəbiyev Dunkan Norman ilə görüşdü - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir