Modern.az

"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb

"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb

Aktual

18 Sentyabr 2026, 10:03

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Çindən 7 ədəd AC50 tipli lokomotiv alıb.

Modern.az xəbər verir ki, Çindən alınan lokomotivlər artıq Azərbaycana çatdırılıb.

Qeyd edək ki, lokomotivləri Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti istehsal edib.

Xatırladaq ki, bu ilin iyununda ADY ilə "CRRC Ziyang" 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında da müqavilə imzalayıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!