Modern.az

Ukrayna NATO-da olmamalıdır – Vens

Ukrayna NATO-da olmamalıdır – Vens

Aktual

Bu gün, 10:17

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmədiyini bildirib.

Modern.az xəbər verir ki, Vens ABŞ ilə Ukrayna arasında rəsmi müttəfiqlik münasibətlərinin olmadığını deyib.

“Bildiyim qədərilə, Ukrayna ilə rəsmi müttəfiqliyimiz yoxdur. Onlar NATO üzvü deyillər və düşünmürəm ki, NATO-da olmalıdırlar. Ukrayna çox layiqli, gözəl, çoxlu gözəl insanın yaşadığı ölkədir. Bəzi məsələlərdə birlikdə işləyəcəyik, bəzi məsələlərdə isə mövqelərimiz fərqlənəcək”, – vitse-prezident bildirib.

Vens həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına və dizel yanacağı ilə bağlı obyektlərinə zərbələri dayandırmalı olduğunu söyləyib.

Onun sözlərinə görə, bu hücumlar ABŞ vətəndaşları üçün enerji və yanacağın bahalaşmasına səbəb olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...