Modern.az

Azərbaycan Mərkəzi Bankında yeni təyinat - FOTO

Azərbaycan Mərkəzi Bankında yeni təyinat - FOTO

Aktual

Bu gün, 09:21

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, bu vəzifə İlkin Alimova həvalə edilib.

İlkin Alimov 2016-cı ildən Azərbaycan Mərkəzi Bankında çalışır. O, 2022-ci ilin aprelindən 2025-ci ilin yanvarınadək Bankın Ödəniş və Hesablaşma Sistemləri departamentinin Hökumət Ödəniş Portalında baş ödəniş dəstəyi mütəxəssisi vəzifəsində işləyib.

2025-ci ilin yanvarından 2026-cı ilin mayınadək AMB-nin İnformasiya Texnologiyaları Əməliyyatları departamentinin ödəniş tətbiqlərinə dəstək bölməsində baş mütəxəssis kimi fəaliyyət göstərən Alimov, 2026-cı ilin may-oktyabr aylarında həmin departamentin Hökumət Ödənişləri bölməsində ödəniş sistemlərinin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsini tutub.

O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsində fəaliyyətini davam etdirir.

Fotoda: İlkin Alimova

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı