
Böyük Britaniyanın “Financial Times” qəzeti şok iddia ilə çıxış edib.
Modern.az nəşrə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədə istefa verməsi ilə bağlı təklif göndərib.Qəzetin məlumatına görə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mərhum rəisi İqor Serqun bununla bağlı yanvarın əvvəllərində Dəməşqə gedib. Lakin Bəşər Əsəd Putinin göndərdiyi təklifi qəzəbli şəkildə rədd edib.
“Financial Times” yazır ki, bu hadisədən 1 həftə sonra İqor Serqun ürək çatışmazlığından vəfat edib.
Hələlik Kreml Britaniya qəzetinin iddasına cavab verməyib.
Vüqar İsmayılov