Modern.az

Kütləşmiş yaddaşımız

Kütləşmiş yaddaşımız

Aktual

7 Fevral 2016, 10:34

Bütün problemlərimizin kökündə yaddaşsızlığımız dayanır. Hər şeyi çox tez unuduruq. Bəlkə də dünyada yeganə millətik ki, pisliyə pisliklə cavab vermirik. Qisas almaq hissindən uzağıq. Arada bir alovlanıb, tez də sönürük. Bizim canımızda işğalçılıq siyasəti yoxdur. Biz yaradıcıyıq, musiqini, ədəbiyyatı, sənətkarlığı, sevirik. Döyüşə ancaq  müdafiə olunmaq üçün gedirik. Qalib gələndə isə aman diləyənə aman veririk.

Əslində bunlar gözəl keyfiyyətlərdir. Bir yandan da olduqca təhlükəlidir. Başımıza nə gəlibsə, məhz bu xasiyyətimizdən gəlib.  Qurub-yaratdıqlarımızı başqaları öz adlarına çıxarıb. O qədər səxavətliyik ki, dinməmişik. Susa-susa da itirmişik.

İtirdiklərimizin içərisində Qərbi Azərbaycan adlı məmləkətimiz də var. Natamam bir millət sahiblənib torpağımıza. Dövlətçilik qurub, adını da Ermənistan (Hayastan) qoyub.  Bir-birlərinə, “yaxşı ev axtarma, yaxşı qonşu axtar” məsləhəti verə-verə gəlib bizi tapıblar. Dünyanın ən sadəlöhv millətini.

İşğalçı “qonşumuz” bizdən fərqli olaraq qisasçıdır, kinlidir, fürsətcildir, oğrudur. Aman diləyənə aman vermir.

Bizdən başqa heç bir millət onlara sahiblənməyib, arxa olmayıb. Bunu təsdiqləməkdən ötrü tarixə nəzər salmaq kifayətdir. Avropalılar erməniləri katolik olmadıqları üçün, bizanslı ortodokslar isə  ortodoks olmadıqları üçün kafir, dinsiz sayıblar. Hətta bizanslılar işi o dərəcəyə çatdırıblar ki, ermənilərin kökünü kəsməyə and içiblər. Ermənilər bunu bildikləri üçün Malazgird döyüşündə Alp Arslanın tərəfinə keçdilər. Çünki, Türklərin onlara hürriyyət bəxş edəcəyini bilirdilər və həqiqətən də belə oldu. Bircə yalnış addımın əziyyətini isə Türkiyə və Azərbaycan indiyə kimi çəkir.

Bu qədirbilməz millət üçün heç bir müqəddəs dəyər yoxdur. Ona görə də onların nə vaxtsa yaxşılığa doğru düzələcəyinə ümid etmək olmaz. Biz isə düzəlməliyik.  Unutqanlıq azarından qurtulmalıyıq.  Yaxşı qonşu olmasalar da bəzi məsələlərdə onlardan dərs götürməliyik...

Kütləşmiş yaddaşımızı yeniləmək üçün qısa bir əhvalatı da anlatmaq istəyirəm...

“Bir erməni Anadoludakı kəndlərdən birinə qonaq gedir. On günə qədər orada qalmalı olur. Sakinlərdən birinin hər gün əlində tüfənglə dağlara tərəf getdiyini görür. Silahlı adamın axşam əliboş qayıtması onu çox təəccübləndirir. Bunun səbəbini kəndlilərdən soruşur. Cavab verirlər ki: “bundan 30 il əvvəl bir quldur onun oğlunu vurub. Həmin vaxtdan da hər gün dağlara qatili axtarmağa gedir. Tapsa öldürəcək”. Qonaq cavabında: “o adam mütləq ermənidir” deyir. Ətrafdakılar isə bunu hardan bildiyini soruşurlar. O da, “çünki belə axmaq kin ancaq ermənidə olur”- deyir”.

Yaddaşınız möhkəm olsun!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı