Xalq artisti, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, tarzən Fikrət Verdiyevlə vida mərasimi keçiriləcək.
Modern.az xəbər verir ki, vida mərasiminin 22 dekabr 2022-ci il ə saat 14:00-da Təzəpir Məscidində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib. O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli olub və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır. İki qızı, bir oğlu, 3 nəvəsi var.