Modern.az

Səfirimiz azərbaycanlı tələbələrə müraciət etdi

Səfirimiz azərbaycanlı tələbələrə müraciət etdi

Ölkə

Bu gün, 00:02

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bu ölkədə təhsil alan azərbaycanlı tələbələru görüşə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədovun özü bildirib.

“Əziz tələbələr!
7 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi ilə Özbəkistanda təhsil alan azərbaycanlı tələbələr arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşün əsas məqsədi tələbələrimizin təhsil şəraiti, akademik fəaliyyəti, qarşılaşdıqları çətinliklər və gələcək perspektivləri ilə yaxından maraqlanmaq, onların fikir və təkliflərini dinləmək, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmaqdır.
Özbəkistanda təhsil alan bütün azərbaycanlı tələbələri bu görüşdə iştirak etməyə dəvət edirəm!” – səfir azərbaycanlı tələbələrə müraciətində deyib.

Görüş məkanı olaraq Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi seçilib.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib