7 Oktyabr 2016, 11:46 | Ana Səhifə - Yazılar - Dolu başın bəlası...
Dolu başın bəlası...

Vəfa Allahverdiyeva

 

Cəmiyyətdə çox az-az isimlər  var ki, ürəklərindən keçib zehni ilə qovuşan və yaxud əks trayektoriyadan birləşən bəlağətli kəlmələrini,  şüura dinclik və güc gətirən sanballı cümlələrini oxumaq insana  əvəzolunmaz intellektual  zövq verir.

İctimai-siyasi həyatın bu maraqlı personaları şəxslərinə, düçüncələrinə yönəlik  cazibəni tarixi proseslərdə üzərlərinə düşən əski rolla bərabər yaradıcı zəkanın mükəmməlliyi ilə qazanırlar.

Yazının müəllifi üçün onlardan biri keçmiş millət vəkili Sabir Rüstəmxanlı, digəri hazırkı millət vəkili Fazil Mustafadır.

Birinci, qalmaqal yaratmır və mübahisəli durumlara girmir, demək olar ki. Düşüncələrinə görə qəbul edə bilmədiyi isim də bizim ikinci dediyimiz soyaddır.

İkinci isə daim ziddiyyətli baxışlarda var, hər zaman ittiham, savaş mərkəzində dayanır- əsaslı, əsassız.

Və maraqlı burasıdır ki, sosial şəbəkələrin, mətbuatın gündəmi Fazil Mustafa ilə bağlı mövzunu başqa mövzulara təhvil vermir. Dönüb qayıdıb Gülənçilik, anti-Babək, anti-Şah İsmayil məsələləri üzərindən gah Türkiyəyə buraxılmamaq, gah min cür fantaziyalardan yoğrulan başqa ilginc xəbərlər, söyüşlər  tarixi qurdalamağın kimisə çərlədəcəyi qorxusunu hiss etdirir.    

Bu vəziyyəti yaradan sanki parlamentar statusda deyil, məhkəmə müstəvisində fəaliyyət yürüdür. Keçmişdəki “cinayətləri”n, yanlışlıqların “istintaq”ına meyllənir, günahkar axtarır, səhvlər üzərindən başqalarında haqlı-haqsız emosiya və qıcıq doğuran  ittihamlar irəli sürür. Bəs etmir, hər acıqlı reaksiyaya acıqlı cavab verir.

Feysbuk səhifəsini bağlaya biləcəyi halda, bağlamır, sanki tarixin yatdığı qəbri açmaq, onun üzərində siyasi test keçirmək vicdan qarşısında öhdəlikdir və bu, gecə-gündüz millətə kütləvi tribunadan izah olunmalıdır.    
 

Fazil Mustafa Türkiyədən Bakıya dönüb, çaşqın vəziyyətdə, həm bəlli liderinin, həm də  liderlik ambisiyası ilə alışıb-yanan “Yurd” memarı, daşürəkli, bədxah  dostunun yanında yer alarkən, siyasi dəhlizlərdə onun haqqında, hətta bugunə daşınan yalnızca bir ifadə var idi: həddən ziyadə  savadlı oğlandır.

O zaman birinin xəzinəsi ətrafına müxtəlif üsullarla topladığı insanlardan ibarət  idisə, hələ ətrafı olmayan onun uçünsə dolu başı fərqli bir xəzinə, fərqli bir üstünlük idi.

Dolu baş onu istənilən adamla döyüşməkdə, mövqeyini təqdim etməkdə, planlarını real rels üzərinə qoymaqda başarılı çıxarırdı.

Əslində parlament  tribunasına gedib-çıxmaq başa qaxınc olan satılmaq, alternativ cinaha işləmək səbəblərini daşımırdı. Zehni dərinlik, mütaliə düşkünlüyü, bütün məsələlərə çevik mövqe hazırlığı yuxarı çevrələri bu savaddan qorxmaq deyil, yararlanmaq mənasında keçmiş müxalifətçini öz ünvanından başqa bir ünvana tərpətmək qərarına gətirdi.

Subyektiv fikrimiz sabit  olaraq qalır: Milli Məclisə necə seçilməyindən asılı olmayaraq, parlament və cəmiyyət  bu isimlə itirmədi ki, qazandı, itirmir ki, qazanır. Baxmayaraq ki, ortada alimləri yaralayan acı kəlmələr, onları aşağılayan amansız tənqid var.

Çünki millət vəkilinin hüquqşünasdan çox, tarixçi kimi danışması və zehnindəki yeni tapıntıları ictimai rəylə bölüşməsi  özü-özlüyündə  maraqlı hadisədir. Amma müxtəlif fikirlər toqquşanda, bu düşüncə ixtilafı epopeyaya çevriləndə, sonucda leksikona qeyri-tərbiyəvi ifadələr gətirəndə, artıq xarakteri cizgiləndirən, ictimai-siyasi kimliyi təhlil edən pozitiv düşüncələrin yerini Fazil Mustafaya yaraşmayan yeni mövqelər  almağa başlayır. Dolu baş onun bəlasına çevrilir.   
     

Birincisi, hamıya məxsus demokratiya qarşılıqlı dözümlülük tələb edir. Silahı birinci işə salan kimdirsə, adekvat cavaba dözümlülük də məntiqlə ona düşərdi.

Tarixin dərin qatlarını bəyənməyib ardıcıl tənqidi vərdişə çevirən Fazil Mustafa elitar, yaxud, qeyri-elitar, savadlı, yaxud da yarı savadlı insanların tənqidinə hazır ola bilmir;  tarixi dəlillərə alternativ , nurçuların təhsil siyasətinə tərif verərkən, alternativ sual- cavablara əsəbləri tab gətirmir. Halbuki feysbukdakı, ciddi və mədəni müstəvidəki insanların ona qınaqlı tərzdə yanaşmasını birinci anlayan Fazil Mustafa özü olmalıdır.

Nurçuluğun de-şifrə olunması Azərbaycan miqyasına dünya miqyasından yoluxub və onun nursuzluq kəlməsi ilə sərlövhələnən uğurlu yazısının mənasındakı yalanları açıb ortaya töküb.  Bu situasiyada  Fazil Mustafa qələminin məharətindən Gülənlə bağlı yaxşı bir peşmançılıq, ictimai aldanma məqaləsi gözlənilirkən, bic doğulanlar...kimi ifadələr  başı dopdolu insana yaraşmır və savadlı olmaq, N sayda kitab oxumaq   auditoriyanın virtual- vizuallığından asılı olmayaraq, üzərinə uca səslə getməyə haqq vermir. İndiki halda Fazil Mustafa üçün üzərinə uca səslə gedilməli hədəf Fətullah Güləndir. Həm də belə bir yazını ondan yaxşı heç bir qələm adamı yaza bilməz...

Keçmişi öz dərinliyindən üzə çıxarıb lobaratoriya müstəvisinə gətirmək Sərdar Cəlaloğlu üslubundan Fazil Mustafa üslubuna keçid almaqla, faciə yaratmır. Faciə ondadır ki, cəmiyyətdə əksər insanların mövqeyində qaçılmaz bir ikilik var və heç kəs onun hamının əlində arxivləşən mövqeyinin sonrakı düşüncəsinə, addımlarına zidd olan məqamlarının açılıb ortaya qoyulacağından ehtiyat etmir.

Fazil Mustafanın İstanbulda çap olunan “Tarixdən gələcəyə” kitabında bugünün müqayisəsi ilə bağlı yaranan xeyli suallar  var və gələcək bu suallara cavabında müəllifin üzərinə bir yığın ittihamlar  yıxa bilər.

Saxta titul, yalançı ad təkcə tarixçinin olmur, hər kəsin zirvəsində bir damla haram tapmaq mütləq mümkündür.   
   

Dava ilə fikir tərəfdarlarını genişləndirməksə mümkünsüzdür. Pafoslu davalara girmək, hər sözə, mövqeyə bənd olmaq  böyük və ağıllı adamları kiçildir, onlara ciddi ziyan gətirir. 

Bu fikir davasında Fazil Mustafa hələlik tənhadır. Məhz bu tənhalıq onu layiq olmadığı mədəni söyüşün, özü qazandığı antipatiyanın və  hirs-hikkənin mərkəzində saxlamaqda davam edir...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56 Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı 14 May 2021, 13:51 Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb 14 May 2021, 13:33 İş adamı teleşouya qatıldı – 20 milyard dollar İTİRDİ 14 May 2021, 13:27 Dünya birjalarında neft ucuzlaşdı 14 May 2021, 12:50