Modern.az

Heç kimi məktəb direktoru olmağa məcbur etməmişik – Emin Əmrullayev

Heç kimi məktəb direktoru olmağa məcbur etməmişik – Emin Əmrullayev

Təhsil

Bu gün, 12:48

Məktəb rəhbərləri valideynlərin və ətraf icmanın davranışından şikayət etməklə kifayətlənməməli, yaranan problemlərin həlli üçün onlarla işləməyi bacarmalıdırlar. Direktor vəzifəsini qəbul edən şəxs məktəbin ətrafındakı sosial mühitlə işləmək məsuliyyətini də üzərinə götürür.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazir bildirib ki, məktəbdə təhsil mühitinə yalnız müəllimin fəaliyyəti və idarəetmə deyil, uşağın ailəsi, valideynlərin davranışı və ətraf icma da təsir göstərir.

Onun sözlərinə görə, məktəb direktorları ilə görüşlər zamanı müzakirələr çox vaxt şikayət xarakterli olur:

“Əsasən uşaqların sağlamlığı, müəyyən valideynlərin davranışı və ətraf icmanın məktəbə mənfi təsiri ilə bağlı şikayətlər eşidirik. Məktəb həmin mühitdən şikayət etmək üçün deyil, onunla işləmək üçündür. Direktor bu işi qəbul edəndə həmin insanlarla işləməyi də qəbul edib. Şikayət etməyin mənası yoxdur. Kömək və dəstək istəmək, birgə işləmək olar”.

Emin Əmrullayev qeyd edib ki, 2500 şagirdi və təxminən 2000 ailə ilə əlaqəsi olan məktəbə rəhbərlik etmək asan deyil. Buna baxmayaraq, direktor problemi özündən yuxarı instansiyanın üzərinə yönəltməməli, yerində həll etməyə çalışmalıdır.

“Ən asan yol həmişə problemi özündən yuxarıda görməkdir. ‘Mən sizi başa düşürəm, amma problem məndən yuxarıdadır’ demək qısamüddətli çıxış yoludur. Bu, problemi həll etmir, sadəcə onun davam etməsinə şərait yaradır. Nazirlik olaraq görürük ki, məktəb rəhbərləri problemləri yerində bizdən daha yaxşı və daha tez həll edə bilirlər”, – nazir vurğulayıb.

Emin Əmrullayev məktəb direktorlarının seçilməsi və peşəkar rəhbər kimi hazırlanmasının uzunmüddətli proses olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, keyfiyyətli məktəb rəhbərlərinin yetişdirilməsi təxminən 10 il vaxt tələb edə bilər.

Nazir əlavə edib ki, direktor olmaq arzusu və yaxşı şəxsi keyfiyyətlər məktəbi idarə etmək üçün kifayət deyil. Məktəb rəhbərinin idarəetmə bacarığı ilə yanaşı, təcrübəyə də sahib olması vacibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?