26 Oktyabr 2016, 15:33 | Ana Səhifə - Yazılar - Qoru özünü!..
Qoru özünü!..

QABİL


Fələk özü bilər neynəyər sənə,
Hiylədən, kələkdən qoru özünü!
Səndə nə işi var pələngin, şirin,
Hünüdən, milçəkdən qoru özünü!

***

Böyük adamların işi başqadır,
Xırda adamlardan qoru özünü!
Açığın-aşkarın işi başqadır,
Örtülü bazardan qoru özünü!

***

Eybi yox, kükrəsin qasırğa, tufan
Oğrun yeldöyəndən qoru özünü!
Xoşun gəlməsə də qaraqabaqdan
Dili “can” deyəndən qoru özünü!

***

“Qul xətasız olmaz, ağa kərəmsiz”
Xəta heç. Günahdan qoru özünü!
Nəfsin vicdanında qoy salmasın iz
Kəmşirin tamahdan qoru özünü!

***

Elə hey deyirsən: “Şeytana lə’nət!”
Özünə lə’nətdən qoru özünü!
Özünə xəyanət – dəhşət xəyanət
Dəhşət xəyanətdən qoru özünü!

***

Mö’cüzə peyğəmbər şə’ninə şayan
Yerişin itəndə qoru özünü!
Elə ki, sallandın dalay-dalaydan
Söz-sovun bitəndə qoru özünü!

***

Qürurun əlçatmaz zirvəsi aləm.
Sən oxlov udannan qoru özünü!
Qaydadır aşığa dəmkeş tutar dəm.
Şaha dəm tutannan qoru özünü!

***

Ovqatın gülüdür gülüb danışmaq
Şit-şit irişənnən qoru özünü!
Üzdə şapalağı unudan uşaq,
Dalda goreşəndən qoru özünü!

***

Gözəldir aralı, şehli tər çiçək
Dərmanlı çiçəkdən qoru özünü!
Dönüb ruzun olar hər daş, hər kəsək
Minnətli çörəkdən qoru özünü!

***

Səma yeddi rəngdə, yeddi çalarda
Rəngi qarışanda qoru özünü!
Yer-göy bir hamarda, bir ixtiyarda
Üzü qırışanda qoru özünü!

***

Ay hələ... hələ ki, yaşıl yarpağım
Sarı yarpaqlardan qoru özünü!
Qızılbaş köhnəsi – ay qürub çağım,
Qoru! Qorxaqlardan qoru özünü!

***

Ehtiyat igidin yaraşığıdır
Sən də yaraşıqla qoru özünü!
Ömür Ay işığı, gün işığıdır
Bu qoşa işıqla qoru özünü!


25 iyul 1995

 

Jirinovskinin növbəti sərsəmləməsinə CAVAB 1 Avqust 2021, 11:14 Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı - VİDEO 1 Avqust 2021, 11:11 Gürcüstanda yoluxma və ölüm sayı artdı 1 Avqust 2021, 11:09 Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Yeyib-içdilər, ortaya qan düşdü 1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00 Sabirabadda birmərtəbəli ev alovlandı 1 Avqust 2021, 08:59 Gürcüstanda itkin düşən avstraliyalı qadının meyiti tapıldı 1 Avqust 2021, 08:58