26 Oktyabr 2021, Çərşənbə axşamı
5 Dekabr 2016, 11:43 | Ana Səhifə - Yazılar - Yorğanı uzun olanlar…
Yorğanı uzun olanlar…

Məhsəti Şərif


Bir il əvvəl Azərbaycanda idim. Uzun fasilədən sonra getmişdim. Bakıda gəzdiyim ilk günlər içimdə qəribə hiss vardı… Bakı çox dəyişmişdi. Yollar, körpülər, yeni metro stansiyaları... Gecələri də hər zaman oldugu kimi al-əlvandı... Amma qəribə sönüklük vardı, xüsusilə insanaların üzündə. Metroda gözü ayaqqabısının ucuna dikilmiş, rəngi fikirdən qaralmış, dırnaqları yarısına qədər yeyilmiş sarsilmış kişilər, baxımlı olmağa çalışan, amma içindəki  tədirginlik üzünə yansıyan qadınlar... O zaman Bakı mənə rəngli, insanları ag-qara gəlmişdi. Gözümdə belə canlanırdı. Kimsənin üzündə məmnunluq ifadəsi görmədim, kimdən halını soruşdum, bir ton giley-güzar eşitdim. Həkimi, müəllimi, jurnalisti, mühasibi, fəhləsi, tələbəsi hər birinin ayrı gileyi...

Orda olanda dollar sürətlə üzüyuxarı üzməyə başlamışdı. Dollar üzdükcə, insanlar ayaqda süzülürdü. Banka borcu olan intihar etdi, bank işçilərinin telefon zənglərindən insanlar telefonalarına baxmaqdan qorxdu. Dollara güvənib borc alanalar, iş quranlar dollarla bərabər üzdülər. Amma əksinə - üzüağağı…

Dollar hələ də üzür, onunla bərabər suya girənlər çoxdan batıb... Mən əhalinin ayağını yorğanına görə uzadan təbəqəsindən danışıram. Hətta yorğan ayaqlarına çox uzun gəlir bu insanların. Çünki onlar yataqlarında yayılıb yata bilmirlər. Ayaqlarını qarınlarına yığıb səhərin açılmaması üçün dua edirlər. Səhər açılacaq, borc günü gələcək, qazpulu, işıqpulu, çörəkpulu və... siyahını uzatdıqca, uzadacağımız xeyli qayğı…

Ona görə yoxsul insanların yorğanları ayaqlarından çox uzun olur. İnsanlar onsuz da yoxsul yaşayır, bundan sonrası yaşamamaqdı. Amma xalq yoxsul yaşamağa alışmamalıdır. Bu düşüncənin nəticəsi çox ağır ola bilər. Yoxsulluğa aləşanlar ələbaxımlı olar, ac qarın düşünməz, aqressiv davranar, ac başı istənilən yerə çəkmək olar. O üzdən xalqı yaşamaga alışdırın!..
Qazın, işığın pulunu artırdınız, yaxşı etdiniz. İnsanların etirazı, düşüncəsi Tarif Şurasını maraqlandırmmalıdır. Tarif Şurasının işi hesablamaq və dövlətin "cibini" doldurmaqdı. Amma xalqı yoxsulluqla barışdırma cəhdi elə dövlətə ziyan vurmaqdır. Xalqın hesabına qazanılan pulları niyə bankı dolu məmurlar yeməlidir? Xalqın ayağıyla yorğanını ölçənlər, yoxsulluğa alışdıranlar düşünürmü bu xalqın həkimi pul qazanmaq üçün rüşvət alır, müəllimi yaşamaq üçün rüşvət alır, tibb bacısi əl açıb xəstədən çörəkpulu istəyir, jurnalisti bu aydan o biri aya borcla keçir, maaşını almaq, iş tapmaq üçün susmağa məhkum olur, fəhləsi gündəlik qarın toxluğuna işləyir, insanlar ailələrini dolandırmaq üçün qururlarına yenik düşür...

Heç düşüdünüzmü insanlar niyə bu qədər giley-güzar edir? Hə, cənab “yorğan sırıyan” deputatlarımız, nazirlərimiz, arada bir xalqdan olun. Məsəslən, müəllim olun 200 manata işləyin. Həkim  olun 250 manatla, ya da tibb bacısı olun 107 manatla yaşayın. Poçtalyon olun 150 manat alın... Polis olun 400 manata ovlad böyüdün... Amma rüşvət almadan olun. Olun və ayağınızı yorğanınza görə uzadın, baxaq görək sizdən nə olur... 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezidentlər Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar 26 Oktyabr 2021, 17:36 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP-ın Ərazi Partiya Təşkilatı hesabat verdi 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55 Aprel‌ ‌şəhidi‌nin ailəsi‌ ‌ziyarət‌ ‌olunub‌ 26 Oktyabr 2021, 15:50 “Qarabağ dünya kitabxanalarında” - Layihə 26 Oktyabr 2021, 15:44 Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları LƏĞV EDİLDİ 26 Oktyabr 2021, 15:38