Modern.az

Sumqayıtda 8 məktəbin, 14 uşaq bağçasının zirzəmisini çirkab su basıb

Sumqayıtda 8 məktəbin, 14 uşaq bağçasının zirzəmisini çirkab su basıb

7 Sentyabr 2009, 11:59

Sumqayıt şəhərində Mənzil İstismar sahələrinin balansında və qeyri ərazilərdə mövcud olan bir sıra binaların zirzəmiləri çirkab sularla doludur. Bu vəziyyət həmin binalarda antisanitariyanın yaranmasına səbəb olub. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar işlər görülür.
Rəsmi məlumata görə, şəhər ərazisində ümumilikdə  mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 59 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 30-i MİS-lərin balansında olan yaşayış binaları, 2-si cədvəlli bina, 4-ü yataqxana, 8-i məktəb, 14-ü uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir. Son olaraq, 41-cı məhəllədə yerləşən 1a və 1 b saylı binaların zirzəmilərində qurudulma işləri aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi