22 Dekabr 2016, 10:51 | Ana Səhifə - Yazılar - Tramp mənim qonşumdur
Tramp mənim qonşumdur

Mahir Qabiloğlu

 

HAŞİYƏ: Bir dostumuz var. Cəlilabaddandır. Günlərin bir günü eşitdik ki, bəs bu, iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaman yaxınlaşıb. Hər yerdə də fəxrlə deyir ki, bəs mən Fərhadın kəndçisiyəm. Mən də məəttəl qalırdım ki, bəs nə əcəb əvvəllər bunu bilməmişəm. Bu həmkəndçilik, indi, məhz Fərhad Əliyev iqtisadi inkişaf naziri olandan sonra üzə çıxdı?! Bu dostumuz yaman xod gedirdi. Maddi durumu daha da yaxşılaşırdı. Biz də inanırdıq ki, bu, həqiqətən də Fərhadla bir kənddəndir: Naxıra bir yerdə gediblər, bulaq başında qızlara birlikdə söz atıblar, qonşunun bağına alma oğurluğuna bir yerdə giriblər. Yaman paxıllığını çəkirdik bu dostumuzun.

Ay keçdi, il dolandı. Fərhad Əliyevi vəzifəsindən çıxartdılar. Həbs etdilər. Adı müxalifət və digər qəzetlərin manşetini bəzədi. Günlərin birində isə “Azadlıq” qəzetinin növbəti nömrəsinin manşeti bu adla çıxdı: “Fərhad Əliyevin kəndçilərini işdən çıxarırlar”. Ürəyim əsdi. Dostumuza görə qorxdum. Dostları da başıma yığıb tez onun yanına getdik. Bu bəd xəbəri dilimizə gətirmədik. Sadəcə qəzeti qabağına qoyduq. Oxudu. Kefini də pozmadan:

–       Heç qorxusu yoxdur. Narahat olmayın. Bizim kəndlə Fərhadgilin kəndinin arasında dörd kənd var.  (SON)

         Bakıda keçirilən Avropa Olimpiya oyunları vaxtı səhərəcən yata bilmirdim. Şəhər cürbəcür işıqlardan alışıb-yanırdı. Yuxarı mərtəbədə yaşadığımdan, qarşıda da heç bir bina olmadığı üçün bir göydələn binamıza nur çiləyirdi. İşığa qərq olmağı öz yerində, üzərində yazılmış beş hərfli bir söz o yan bu yana qaçırdı: “TRUMP”. Yoldaşım da soruşurdu ki, ay Mahir, bu “trump” nə deməkdir axı? İndi dilim-ağzım qurusun, mən də cavab verirdim ki, yəqin qostinsa adıdır. Avropa Oyunları qurtardı. Qarğışım həyata keçdi. Gündə axı nə qədər “işığınız kəsilsin. Söndürün də bu işıqları, camaat rahat yata bisin...” demək olar. “Trump” hərflərinin də,  binanın da işıqları söndü. Yəqin ki, söndürdülər. Heç balkonlardan da işıq gəlmədi. Şüşəli binanın örtük şüşələri çirkləndi. Silinmədi, parlamadı.



Vaxt keçdi. İl dolandı. ABŞ-da seçkilər keçirildi. Onda bildim ki, bəs Bakıda “trump” kimi oxuduğum bu söz Amerikanın indiki prezidenti Donald Trampın adı imiş. Demə bu boyda kişi, milyarder mənim qonşum imiş, tanımamışam. O saat üzüm güldü. Başladım Allaha dua eləməyə və qarğışlarımı geri götürməyə ki, bəs ey bina işıqlan. Üstəlik T, R, U, M, P hərflərinin Azərbaycan mifologiyasında müqəddəs olması barədə elmi iş - monoqrafiya yazmağa başladım. Hər yerdə də fəxrlə deyirəm: “Tramp mənim qonşumdur”. Eybi yox, dörd, lazım olsa səkkiz il gecələr yuxuya həsrət qalaram. Lap evimi, bağımı satıb...

HAŞİYƏ: Bir məşhur fransız yazıçının Eyfel qülləsindən zəhləsi gedirmiş. Amma həmişə də bu qüllədə yerləşən kafedə çörək yeyərmiş. Ondan soruşanda ki, bəs Eyfel qülləsindən xoşunuz gəlmir. Bunu hər yerdə deyirsiniz də... Onda niyə hər gün burda nahar edirsiniz? Belə cavab verir:

–       Eyfel qülləsi Parisin hər yerindən görsənir. Yeganə yerdir ki, burda olanda qüllə görünmür.  (SON)

 ...bu binada 1 otaqlı mənzil də alaram. Təki hər şey yaxşı olsun. Tramp, bağışla, səni tanımamışam. Savadsızlığıma bağışla – adını balaca hərflə, özü də “Tramp” yox,  “trump” oxumuşam, ey mənim əziz qonşum.

Birdən dörd ildən və ya səkkiz ildən sonra hər şey dəyişdi? Yəqin dəyişəcək də... ABŞ konstitutsiyası bunu tələb edir. Onda cəlilabadlı dostumun sözlərini əzbərləmişəm. İndi bizim binayla o bina arasında bir göydələn tikilir. Yəqin ki, səkkiz ilə üç-dördü də tikilər. Cavabım hazırdır: “Nə qonşu? Siz Allah bəsdirin. Bizim binayla Trampın binası arasında 3-4 bina var”.





MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır - ARAŞDIRMA 5 Dekabr 2020, 01:11 “Bu, ölümcül bir səhv idi” - Köçəryan müharibədən danışdı 5 Dekabr 2020, 01:00 Xocalıda itkin düşən üç nəfərin taleyi ilə bağlı videoreportaj 5 Dekabr 2020, 00:48 Ərdoğan peyvənd olunacaq? 5 Dekabr 2020, 00:33 Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09 Bakıda iki maşın toqquşdu 4 Dekabr 2020, 23:56 Putin Çubaysa vəzifə verdi 4 Dekabr 2020, 23:42 “Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?