Modern.az

Ermənistan yeni hərbi formaya keçir - GÖRÜNTÜ

Ermənistan yeni hərbi formaya keçir - GÖRÜNTÜ

Aktual

16 Sentyabr 2026, 14:26

Ermənistan Silahlı Qüvvələrində yeni səhra hərbi formasının sınaqları keçirilir.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər yeni formanı poliqonlarda və təlim mərkəzlərində sınaqdan keçirirlər. Forma müxtəlif hava şəraitində və ekstremal vəziyyətlərdə yoxlanılır, onun üstün və çatışmayan cəhətləri müəyyənləşdirilir.

Yeni formanın komplektinə daxil olan ayaqqabılar da hərbçilər tərəfindən sınaqdan keçirilib. Onlardan yürüşlər və xüsusi təlimlər zamanı istifadə olunub.

Ermənistan Müdafiə Nazirliyi yeni səhra formasının sınaqlarının nəticələrinə əsasən onun təkmilləşdirilməsi və istifadəyə verilməsi ilə bağlı qərar qəbul edə bilər.

 

1548291

Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir