Modern.az

Xəzər dənizini çirkləndirən müəssisələrin rəhbərləri cərimələnib

Xəzər dənizini çirkləndirən müəssisələrin rəhbərləri cərimələnib

8 Sentyabr 2009, 10:24

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar. Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qafqaz Konserv Zavodunda formalaşan məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmaması səbəbindən təmizlənməmiş və zərərsizləşdirilməmiş bütün nov tullantı suları müəssisənin yaxınlığından keçən kanal vasitəsilə Qudyalçaya axıdıldığı müəyyən olunub. Qeyd olunan faktla əlaqədar müəssisənin direktoru barəsində akt tərtib edilib, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.
Xaçmaz rayonunun Nabran Xəzər sahili zolağında yerləşən “Geofizik” İstirahət Mərkəzində formalaşan məişət çirkab sularının bir qismi müqavilə əsasında Xudat şəhərində yerləşən “Dostluq” MMC-yə təhvil verilsə də, digər bir qisminin təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkarlanıb. Faktla əlaqədar cavabdeh şəxs 10000 manat məbləğində cərimələnib və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli göstəriş verilib.
“Dostluq” MMC-nin məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğusu olmadığından digər istirahət mərkəzlərindən müqavilə əsasında qəbul olunan məişət çirkab sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktına görə,  həmin obyekt hüquqi şəxs qismində 10000 manat məbləğində cərimələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi