Modern.az

Qarabağ barədə yeni sayt yaradılıb

Qarabağ barədə yeni sayt yaradılıb

11 Sentyabr 2009, 14:29

Hümanitar Tədqiqatlar Cəmiyyəti  Qarabağ Bloqunun (www.karabakhblog.com) təqdimatını keçirib. Modern.az saytının məlumatına görə, bu bloqun Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi «Dağlıq Qarabağ Haqqında İnternet bloqun yaradılması və informasiya strategiyasının hazırlanması» layihəsi çərçivəsində hazırlanıb.
Cəmiyyətin sədri sədri Əvəz Həsənov saytda Dağlıq Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi haqqında məlumatların, fotoşəkilərin və vidioların, eyni zamanda Qarabag münaqişəsi və bu istiqamətdə aparılan danışıqlar prosesini əks etirən məlumatların yer aldığını deyib. Onun sözlərinə görə, saytdakı məlumatlar Azərbaycan və rus dillərindədir. O, saytda yer alan məlumatların ölkənin aparıcı media orqanlaında nəşr edilən materialar əsasında harılandığını söyləyib: «Həmçinin nüfüzlü xarici mətbu orqanlarda Dağlıq Qarabağ haqqındakı məlumatları da saytda yer alıb. Gələcəkdə Qarabağdan olan insanların yaşam tərzini əks etdirən məlumatlar da sayta daxil ediləcək».

Aqil LƏTİFOV 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır