7 İyul 2017, 14:25 | Ana Səhifə - Yazılar - Yandım, ay Allah!
Yandım, ay Allah!

Hidayət Elvüsal


Uşaqlıqdan yanğınsöndürən olmaq istəyirdim. Bu həvəsi məndə nənəm oyatmışdı. Əlimi ocağa, ya isti qazana uzadanda deyirdi: Cızz! Xalam hirslənəndə qarğış eləyirdi:

- Ay sənin ciyərin yansın, dinc otur, başım qazan kimi qaynadı.

Qonşumuz Sənəm xala təzə tuman geyinib arvadlara yanıq verirdi. Bir sözlə, yavaş-yavaş yanğınsöndürən olurdum və nəhayət arzuma çatdım.

Bu yanğınsöndürən çox odlu-alovlu bir peşədir və adamın başına qəribə hadisələr gəlir. Günlərin birində arxası üstə uzanıb zümzümə eləyirdim:

- Papirosum yana-yana,

Od düşüb şirin cana…

İş yoldaşım məni səslədi:

- Ə, dur, ə! Samovara od salmışam.

Təzəcə bir stəkan çay süzüb oturmuşduq ki, telefon zəng çaldı:

- Tez olun! “Azərbaycan” nəşriyyatında bir qəzet yanır.

Maşınlara doluşub redaksiyaya üz tutduq. Tüstü zad çıxmırdı. İçəri girəndə əməkdaşlar təəccüblə bizə baxdılar. Bir-iki addım atıb, qəzeti götürdük və dördüncü səhifəsinə baxdıq. Pahatonnan! Səhifə bir himə bənd idi ki, od tutub yansın. Şeirlərin altındakı, üstündəki imzalar bala-bala qəzetə köz salırdı: Orxan Odlu, Yaqub Yanar, Kamran Közlü, Arif Atəş, Aslan Alovlu, Oqtay Ocaq, Səlim Sönməz, Kamal Qığılcım, Müslüm Müştük…

Bizi dolayıblarmış…

Birdən şairlərin biri pıçıldadı:

- Yandım, alagözlüm,

Odlandım, şirin sözlüm…

Dedim:

- Ədə, kəs səsini! Təzəcə söndürmüşük. Necəsən qoyub gedək, qalasan yana-yana?

O biri dedi:

- Yanıram eşq oduna…

Başqa birisi:

- Gözüm yandırar səni.

Bir gödəkboylusu:

- Ah çəkərəm yanarsan…

Gördük burdan kabab iyi gəlir. Şairlər od tutub yanırlar. Məsləhətləşib iki ton yarım suyu vurduq onların canına. Sönmədilər…

…Bir dəfə də həmişə olduğu kimi arxiv yanırdı. Xəbər elədilər getdik. Gördük camaat, polis qarışıblar bir-birinə. Maşın fit çala-çala yaxınlaşdı. Komandirimiz cəld sıçrayıb yerə düşdü və qaça-qaça polis rəisinin yanına çatdı. Əlini qulağının dibinə qoyub təzim etdi və çığırdı:

- Nəçənnik, su yoxdu!

Nəçənniyin ürəyi getdi. Onu maşina qoyub, yenə fit çala-çala, güc-bəla ilə təcili yardıma çatdırdıq.

…Yəqin o vaxt “AZİ” deyilən institutun yanmağı da yadınızda olar. Bax, onun günahı bizdə olmamışdı. Bir oğlan zəng çalmışdı ki, gəlin, yanır, getdik, söndürdük və oğlana 50 manat mükafat verdik. On gün keçməmiş yenə zəng elədi ki, yanır. Getdik, söndürdük, 50 manat verdik. On gündən sonra institut yandı, heç kəs zəng eləmədi, biz də gedib söndürmədik. Xeyli keçəndən sonra həmin oğlanla qarşılaşdıq. Dedi ki, görürdüm institut yenə yanır. Zəng eləmədim. Qorxdum deyələr özüm yandırıb, zəng eləyirəm ki, 50 manat alım.

Bəli, işimiz ağır və maraqlıdır. Bazarlarda qiymət od tutub yanır, sevənlərin ürəyi kabab olur, paxıllar yanıb-yaxılırlar… bacardığımızı söndürürük. Çünki, sənətimizi çox sevirik. Axı, biz “cızza”dan tutmuş, arxivə qədər uzun bir həyat yolu keçmişik.

Özü də yana-yana, oxuya-oxuya:

- Yandım, ay Allah.

Qara-qara gözlərin…

MÜƏLLİFİN DİGƏR YAZILARI
ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?