Modern.az

Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu

Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu

Hadisə

13 Sentyabr 2026, 06:59

Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir