31 Avqust 2017, 12:46 | Ana Səhifə - Yazılar - Rusun bəraət alan dili
Rusun bəraət alan dili

Vəfa Allahverdiyeva

 

Təhsilin birinci şəxsi rus dili ilə bağlı sərəncam imzalayıb.

Bir vaxtlar böyük nifrət fırtınasına, siyasi-ideoloji və coğrafi ayrılıq politikasına qurban getmiş rus dilinin məktəblərdə tədrisi bir çəkinmə hissi altında olsa da, tədricən genişlənir. Başa düşülən bu.

Amma heç “intensiv tədris” kəlməsi də rus dilinə münasibətdə buraxılan xətanı yetərincə düzəltmir. Nəzərə alsaq ki, paytaxtın mərkəzi məktəblərinin hamısında rus dili dərsləri keçirilmir.

Əski zamanlar deyil, ictimai qınağa görə qorxa-qorxa rus sevgisi göstərə, yaxud da özündən çıxasan ki, yenə bu rus kəlməsinin arxasında nə dayanır, görəsən?!

Xalqa və mədəniyyətə sevgi dövlətin siyasətinə, strategiyasına sevgi deyil.  Bizim rus dilinə ehtiyacımız var. Çünki o, beynəlxalq dil sistemində yerini tam itirməyib.   

Vahid siyasi sistemdən qopmuşuq biz; ingilis ətrinə, Qərb qoxusuna buhuş olsaq da, o coğrafiyada deyilik. Rus dilində danışan bir məkanda qalırıq. Avrasiya hələ ingilisdilli məkana büsbütün çevrilməyib. Demək babat-yaxşı “rusca”mız  olmalıdır.

“İntensiv tədris” göstərişinin pərdəarxasında heç nə yoxdur; təhsil heç bir siyasi ssenarinin içində deyil.   

Sadəcə, rus dilinin hörmətini, sanballını hiss etmiş insanların zəkası yetir ki, 17, 5 milyon kvadrat km-dən artıq  bir  ərazinin, böyük  mədəniyyətin sahibi olan Rusiyanın özü bir kənara, dilindən heç bir xalqa zərər gəlmədiyini, Avropanın şərqində, Avrasiya coğrafiyasında hələlik  bu dilsiz keçinməyin mümkünsüzlüyünü dərk edə bilsin.

Yazılmış təriflərə və yazılmamış qanunlara görə  dilin yalnızca bir funksiyası var-anlatmaq, anlamaq.

Rusiya istilaçı xarakterinə görə darmadağın olmanı və başqa xalqların söyüşünü haqq edirdi, dilsə yox. Dil siyasətin deyil, xalqın məhsuludur- qüsursuz və şəffaf.

Zehinlərdəki düşüncələri qarşılıqlı ötürmə funksiyasını daşıyan mədəniyyət körpüsüdür.

Dilin üzərinə  kin yükləmək, Rusiyanın imperial ambisiyaları ilə rus dilini qarışıq salmaq ucbatından  90-cı illər nəslinin ( o nəsilə mən də daxiləm-müəl.)orta təhsil səviyyəsindəki ruscası ali təhsil müstəvisində başlayan qadağalarla, rusdilli mühütün zəifləməsi ilə axsadı, sonrakı nəsillərin- bizim övladlarımızınsa, ümumiyyətlə, rus dilində təsəvvürü belə olmadı; böyük əksəriyyətin heç yoxdur da.

Rus dili bu gün ictimai təfəkkürdə bəraət almağa başlayır. Ona görə ki, qurunun oduna yaş kimi yanan rus dilinin siyasət ucbatından ölməsi vaxtı 90-cı illər deyildi.  

Rus dilinin ölü dil qrupunda başa çatan taleyini dünyadakı geopolitik savaşın sonu özü həll edəcək.   

Başından bir qrup həqiqi millətsevər insanlar və psevdovətənpərvərlər məsələni  belə qoysaydılar ki, əzilən xalqlar dilə, mədəniyyətə sevgini siyasətin çirkablarına bulaşdırmasınlar, o zaman rus dili dünyanın bir-biri ilə asanca görüşdüyü bu çağdaş zamanda insanlar arasında rabitəyə dilmanc axtarmaz, müasir insanın tarix, mədəniyyət axtarışlarında ona gərəkli yol yoldaşı ola bilərdi.

Çağdaş nəsil getdiyi, olduğu yerlərdə rus dilinə gözünü döyməzdi. Sələflərinin kitabxanasındakı toz basmış dəyərli kitablara sahib çıxa bilərdi.  

Çox dil bilmənin faydası haqqında tövsiyyələr və cəhdlər  də buna görə deyilmi...

Əgər dilin  ölkənin istilaçı xisləti  ilə bir əlaqəsi varsa,  demək on ildir biz ingilislərin köləsiyik.

Fransızlar və almanlar tərəfindən ovlanmaq cəhdləri ilə qarşı-qarşıyayıq. Axı Bakı və rayon məktəblərində bu üç dilin üstünlüyü hökmranlıq edir!

Dünya insanlarının vahid dildə bir-biri ilə danışması üçün daha neçə on illər lazımdır. O vaxta qədər rus dil çox xalqların əlindən tuta bilər. Rus dilinə sevgidə, ehtiyacda əsas gerçək, nədən budur. Odur ki, Azərbaycanda rus dilinin tədrisi ilə bağlı atılan addımlar hələ kifayətedici sayıla bilməz.  

Rus dili başqa dillərdən fərqli olaraq, insanı estetik baxımdan gözəl təqdim edir- ağız-çənəsini-mimikasını əymir. Ona eybəcər görüntü vermir, əksinə simaya bir gözəllik, ağırlıq, nitqə bir füsünkarlıq  gətirir. Rus dilinin cazibəsi bir az da burdadır. 
 

Dünya düzəninin dəyişməsi ucbatından belə bir mədəniyyətin tədricən  itə bilməsinə də  çox heyf!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20 Dolların məzənnəsi sabit qaldı 24 İyun 2021, 17:14 “Cəsur döyüşçü” medalı alanların SİYAHISI 24 İyun 2021, 17:02 “İgidliyə görə” medalı ilə təltif edilən hərbçilərin ADLARI 24 İyun 2021, 16:56 Prezident bu hərbçilərə “Vətən uğrunda” medalı verdi - SİYAHI 24 İyun 2021, 16:50 Şöbə rəisi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olundu 24 İyun 2021, 16:44 Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU 24 İyun 2021, 16:38
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?