Modern.az

Cənubi Koreya yeni dövlət kiber-nəzarət orqanı yaradacaq

Cənubi Koreya yeni dövlət kiber-nəzarət orqanı yaradacaq

Dünya

14 Sentyabr 2009, 12:12

2010-cu ilə kimi Cənubi Koreya hakimiyyəti yerli şirkətlərin, dövlət idarələrinin və ictimai əhəmiyyətli İT-resursların xaker hücumlarından qorunması ilə məşğul olacaq yeni güc strukturu yaratmaq niyyətindədir. Yeni strukturun həmçinin şirkətlərin İT-təhlükəsizliyi istiqamətində müvafiq yoxlamaların aparılması məqsədilə auditor səlahiyyətləri ilə təmin olunacağı nəzərdə tutulur.  Kiber-nəzarət orqanının əsas vəzifələrindən biri korporativ məlumatların qorunması, eləcədə ölkədə sənaye casusluq cəhdləri ilə mübarizə olacaq. Təşkilatı baxımdan yeni strukturun ölkədə bütün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətin əlaqələndirilməsini həyata keçirən Koreya Milli Kəşfiyyat Xidmətinin tərkibinə daxil ediləcəyi gözlənilir. Qrup iki - mülki və hərbi hissədən ibarət olacaq. Birinci hissə ictimai və biznes, ikinci isə dövlət və hərbi sistemlərə nəzarət edəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Fransa həmçinin dövlət və ictimai şəbəkələrin xaker hücumlarından qorunması məqsədilə yeni dövlət strukturunun yaradılmasına dair qərar qəbul etdikləri barədə bildirmişdirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi