Modern.az

Gerçəklik “Mədəniyyət haqqında” Qanuna ciddi dəyişiklik tələb edir

Gerçəklik “Mədəniyyət haqqında” Qanuna ciddi dəyişiklik tələb edir

15 Sentyabr 2009, 18:44

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətin inkişafı ilə bağlı Konsepsiya üzərində işi tamamlamaq mərhələsindədir: “Mövcud reallıqlar tələb edir ki, “Mədəniyyət haqqında” Qanuna ciddi dəyişikliklər edək. Mövcud qanun ötən əsrin 90-cı illərinin ortalarında qəbul olunub. Şübhəsiz ki, ötən bu müddət ərzində Azərbaycanda mədəniyyət sahəsində xeyli dəyişikliklər olub. Bununla yanaşı, mədəniyyətimizin dünyaya inteqrasiyasında çox böyük intensivlik əmələ gəlib. Odur ki, bütün bunlar “Mədəniyyət haqqında” mövcud qanunun yeniləşdirilməsini bir zərurət kimi ortaya qoyur.  “Mədəniyyət haqqında” Qanun elə işlənilməlidir ki, bütün məsələlər orada dəqiq şəkildə öz əksini tapsın”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır