Modern.az

TÜRKSOY-un 15-ci ildönümü münasibətilə «Koroğlu» operası səhnələşdiriləcək

 TÜRKSOY-un 15-ci ildönümü münasibətilə «Koroğlu» operası səhnələşdiriləcək

16 Sentyabr 2009, 18:28

Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin və TÜRKSOY -un təşkilatçılığı ilə türk dövlət və qurumuları arasındakı mədəni əlaqələri gücləndirmək məqsədilə tədbir keçirəiləcək. Bu barədə Modern.az saytına Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzi başqanı Can Sevən məlumat verib. Onun sözlərinə görə, TÜRKSOY-un 15-ci ildönümü münasibətilə Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəyovun  «Koroğlu» operasını təşkilat üzvü olan bütün ölkələrin tanınmış sənətçilərinin iştirakı ilə səhnələşdiriləcək. 250 nəfərdən artıq sənətçinin əsəri səhnələşdirmək məqsədilə məşq prosesi keçdiyini qeyd edən C.Sevən bu operanın artıq Türkmənistan, Qırğızıstan və Qazaxıstanda səhnəyə qoyulduğunu deyib. Mərkəz başqanı əsərin sentyabrın 18-də Bakıda səhnəyə qoyulacağını qeyd edərək, dövlət başçısının da tədbirdə iştirakının gözlənildiyini vurğulayıb: «Hesab edirəm ki, Şərqdə ilk opera olan «Koroğlu»nun səhnəyə qoyulması TÜRKSOY üzvü ölkələr arasındakı mədəni əlaqələrin gücləndirilməsi, türk mədəniyyətinin və opera sənətinin tanıdılması ilə bərabər, həm də mədəniyyətlərarası dialoqa da mühüm təsir göstərəcək».

Aqil LƏTİFOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır