4 İyun 2018, 17:03 | Ana Səhifə - Yazılar - Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar
Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar

Əflatun Amaşov,
Mətbuat Şurasının sədri


Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur. Bu, bilərkəndən edilib. Başqa cür düşünmək üçün əsas yoxdur. Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırırıq.

Mətbuat konfransı ilə bağlı yayılmış video-görüntüdə Rusiyanın Xarici İşlər Nazirliyi rəsmisinin Trend İnformasiya Agentilyinin müxbirinə konkret cavab verdiyi əksini tapıb. Cavabdan hər şey adındır. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistanın baş nazirinin bir müddət öncə Xankəndində səsləndirdiyi fikirlərə cavabdır. Trend İA-nın müxbiri də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibətinin fərqli şəkildə təqdim edilməsi isə təəssüf doğurur. Belə çıxır ki, Rusiya XİN mətbuat katibliyinin rəsmisi əslində azərbaycanlı jurnalisti ittiham edir.

Diplomatik ənənələrə malik, hazırda ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin xarici siyasət idarəsindən belə qeyri-ciddilik gözlənilməzdir. Əslində məsələnin arxasında nə dayanır? Bu qeyri-ciddilik nə ilə bağlıdır? Məlumdur ki, Kojinin fikirləri Ermənistan mediasında və siyasi dairələrində birmənalı qarşılanmadı. Hətta bildirilmişdi ki, son 15 ildə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yönələn belə sərt münasibət olmayıb. Rusiya bundanmı qorxdu? Yoxsa, Kojinin fikirlərinin dəyişdirilməsi siyasi dairələrdə ermənipərəst kimi qiymətləndirilən Lavrovun tərəfkeşliyinin nəticəsidir? Bəlkə Lavrov danışıqlar prosesini uzatmaq üçün yeni cəhd edir. Hər bir halda bütün bunlar super dövlət iddiasında olan Rusiyanın xarici siyasət fəaliyyətinə nüfuz gətirmir.

Daha bir hiddət doğuracaq məqam ondan ibarətdir ki, Rusiya XİN jurnalistikanı bir növ alətə çevirir. Jurnalistin qeyri-ciddi obrazını yaradır. Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar. Belə yol seçmək bu qədərmi asandır? Hər kəsin gördüyü həqiqəti danmaq. Özü də nəyə görə? Ermənistana görəmi? Rusiya üçün Ermənistan bu qədərmi qorxuludur? Ya Rusiyanın özü Lavrovdan qorxur?!

Yenə də deyirəm, hər şey göz qabağında olub. Jurnalistin sualı da, ona verilən cavab da. Ancaq dünya tarixində bu cür manipulyasiyalar olmayıb. Çox təəssüf...

 

Türkiyədə Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusi təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Yeyib-içdilər, ortaya qan düşdü 1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00 Sabirabadda birmərtəbəli ev alovlandı 1 Avqust 2021, 08:59 Gürcüstanda itkin düşən avstraliyalı qadının meyiti tapıldı 1 Avqust 2021, 08:58 İsveçrədə karantin rejiminə qarşı etiraz aksiyası 1 Avqust 2021, 08:51 Şəmkir sakini qolundan bıçaq xəsarəti aldı 1 Avqust 2021, 08:45 Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələndi 1 Avqust 2021, 00:55 Türkiyədə zəlzələ oldu 1 Avqust 2021, 00:39 Tovuzda yol qəzası - xəsarət alan var 1 Avqust 2021, 00:22 Daha 3 idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 1 Avqust 2021, 00:05 Yunanıstanda yanğına görə sakinlər təxliyə edildi 31 İyul 2021, 23:51 "Barselona"dan darmadağın 31 İyul 2021, 23:35