Modern.az

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

İdman

29 Sentyabr 2026, 22:17

Azərbaycan tennisçisi Tamerlan Əzizov “M15 Baku” beynəlxalq tennis turnirində uğurla çıxış edib.

Modern.az Azərbaycan Tennis və Padel Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz turnirdə ilk matçında qələbə qazanıb və növbəti mərhələyə vəsiqəni təmin edib.

Peşəkar karyerasında mühüm uğura imza atan T.Əzizov bu nəticə ilə həm tək, həm də cütlər kateqoriyasında ilk ATP reytinq xallarını qazanıb. Hazırda o, hər iki kateqoriya üzrə ATP reytinq siyahısında yer alan yeganə milli oyunçudur.

Qeyd edək ki, ATP xalı kişi tennisçilərin rəsmi turnirlərdə əldə etdikləri nəticələrə əsasən verilən reytinq xalıdır. Son 52 həftənin göstəricilərini əks etdirən bu reytinq idmançıların dünya üzrə sıralamasını müəyyənləşdirir və onların beynəlxalq turnirlərə qatılmaq imkanlarına təsir göstərir. İlk ATP xalının qazanılması peşəkar dünya reytinqinə inteqrasiya baxımından əhəmiyyətli addım hesab olunur.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır