Modern.az

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

Dünya

29 Sentyabr 2026, 22:59

Türkiyənin Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır