Modern.az

Azərbaycan tarixi buraxılış imtahanına salınsın

Azərbaycan tarixi buraxılış imtahanına salınsın

Təhsil

Bu gün, 08:24

Tarix fənninin buraxılış imtahanlarına salınması məsələsi ictimaiyyətdə və təhsil mütəxəssisləri arasında yenidən müzakirə olunur.

Azərbaycan tarixinin imtahan sisteminə salınması hansı şərtlərlə ola bilər və gənclərin təhsilində nə dərəcədə vacib rol oynaması ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a danışıb.

Onun sözlərinə görə imtahanın qruplar üzrə keçirilməsi dünya standartları ilə uyğunlaşmır.

"Azərbaycan tarixinin imtahan sisteminə əlavə olunması çox vacib addım olar. Çünki, Azərbaycan coğrafi baxımdan elə bir mövqedə yerləşir ki,bizim əhatəmizdə olan qonşu dövlətlərin xoş olan və olmayan niyyətlərini gənclərimiz öyrənməlidir. Bu tədrislə kifayətlənmir. Digər 3 fənn kimi tarix fənninin də buraxılış imtahanında xüsusi bir yeri, çəkisi olmalıdır ki, tarix boyu bizə yaşadılanları bilək, Azərbaycana qarşı məkrli planları və təcavüzləri unutmayaq".

Ekspert vurğulayıb ki artıq rus bölmələrində tarix fənninə xüsusi diqqət verilir. Təhsildə belə addımlarla bu fənnin tədrisdə yerini möhkəmləndirmək mümkündür.

"Ola bilər şagird gələcəkdə başqa ixtisasa yiyələnsin. Ancaq tarixini bütün hallarda bilməlidir. Həmçinin bu fənnin Azərbaycan dilində keçirilməsi ilə şagird özünü daha yaxşı ifadə edə bilər".

Lamiyə Cənnətzadə

Whatsapp
Bizə yazın!
Keçid et
İranda qarşıdurma başladı - Silahlar işə düşdü