Modern.az

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

İdman

29 Sentyabr 2026, 23:15

Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştiano Ronaldo komandanın məşqində iştirak etməyib.

Modern.az xəbər verir ki, bu barədə “Cabine Desportiva” nəşri məlumat yayıb. Bildirilir ki, 41 yaşlı futbolçu “Malmyo” stadionunda gimnastika hərəkətlərini yerinə yetirmək üçün lazımi avadanlıq olmadığından oteldə xüsusi məşq keçib.

Qeyd edək ki, Portuqaliya sentyabrın 27-də Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Norveçi 2:1 hesabı ilə məğlub edib. Ronaldo görüşü ehtiyat oyunçular skamyasında keçirib və oyundan sonra final fitini gözləmədən paltardəyişmə otağına yollanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?