Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən başlayan müharibə nəticəsində ölənlərin sayı 74 min 23-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara daha bir şəxsin meyiti gətirilib, 13 nəfər isə yaralanıb.
Nazirliyin məlumatına görə, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəsdən sonra ölənlərin sayı 1 422, dağıntılar altından çıxarılan meyitlərin sayı 834, yaralananların sayı isə 4 996 nəfərə yüksəlib.
Ümumilikdə 7 oktyabr 2023-cü ildən etibarən Qəzzada 74 023 nəfər ölüb, 175 111 nəfər yaralanıb.