28 Avqust 2018, 21:38 | Ana Səhifə - Yazılar - Ana, yoxsa bala?
Ana, yoxsa bala?

Mahir Qabiloğlu


İşdəyəm. Amma fikrim tamam başqa yerdədir. Oğlumu bağçaya qoymuşam. Xəstə anamı isə qonşuya tapşırmışam. İşdəyəm. Çörəkpulu qazanıram. Uşaq üçün çörəkpulu, anam üçün dərmanpulu. İşdəyəm. Müdir danlayır. Çünki işə gecikmişəm. Dinmirəm. Uduram sözlərini. Çörəkpulu qazanıram axı. Dərmanpulu qazanıram axı. Müdirin sözlərini udmasam, onda uşağım da çörək yeməz. Anam da dərman udmaz. İşdəyəm. Zəng gəlir. Bağça müəlliməsidir. Hövllənirəm. Görən nə olub?! Hövlnak telefonu açıram:

–      Alo.

–      Xuraman xanım, mənəm. Arifullanın bağça müəlliməsi.

–      Tanıdım. Nə olub? – deyə həyəcanla soruşuram.

–      Arifulla oynayanda yıxılıb, qolunu sındırıb. Təcili yardım çağırmışıq. İlk yardım göstərib. İndi uşaq xəstəxanasına aparırıq. Siz də təcili ora gəlin.

Tez ayağa durub, çantamı qapıram. Pilləkanları enib küçəyə çıxıram. Taksi əyləyirəm. Maşına otururam. Sürücü soruşur:

–      Xanım, hara gedirik?

Bu zaman yenə zəng gəlir. Qonşumuzdur.

–      Xuraman, ananın vəziyyəti pisdir. Səni arzulayır. Deyəsən...

Tutuluram. Bilmirəm nə cavab verim. Hər gözümdə bir yaş gilələnir. Birini silirəm, o birinisə yox.

–      Sür, qardaş. Məni təcili uşaq xəstəxanasına çatdır.

 

2018

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı 4 Dekabr 2020, 12:04 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?