Modern.az

Azərbaycanın dörd istehsal müəssisəsi beynəlxalq müsabiqəyə qatılıb

Azərbaycanın dörd istehsal müəssisəsi beynəlxalq müsabiqəyə qatılıb

23 Sentyabr 2009, 15:06

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın keçirdiyi müsabiqədə bu il Azərbaycanın 4 istehsal müəssisəsi iştirak edir. Müsabiqə məhsul və xidmətlərin keyfiyyəti sahəsində qazanılan nailiyyətlərə görə keçirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müsabuqə ilə bağlı ekspertlər Azərbaycanda səfərdədirlər. Onlar Belarusiya, Ukrayna, Qazaxıstan və Tacikistanı təmsil edirlər. Səfər çərçivəsində mütəxəssislər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüşlər keçiriblər.
Prosedura əsasən adıçəkilən ölkələrin müsabiqəyə təqdim olunan müəssisələrində Azərbaycanlı ekspertlər artıq olub, öz rəy və təkliflərini Şuraya göndəriblər. 
Münsiflər heyətinin yekun qərarı Dövlətlərarası Şuranın iclasında bu ilin sonunda açıqlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır