Modern.az

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Rusiya Kulturologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Rusiya Kulturologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəni̇yyət

23 Sentyabr 2009, 21:35

Sentyabrın 23-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə Rusiyanın Mədəniyyət Nazirliyinin Dövlət Federal Elmi-tədqiqat müəssisəsi Rusiya Kulturologiya İnstitutu arasında əməkdaşlıq üzrə müqavilə imzalanıb.
Belə müqavilələrin Azərbaycan ilə Rusiya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki,bu anlaşmalar ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyətə malikdir.
Son illər Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran nazir deyib ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hazırda respublikanın mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və onlar müasir avadanlıqla təchiz olunur.
Nazir vurğulayıb ki, bu müqavilə hər iki ölkədə kulturologiya elminin inkişafına, mədəniyyət sahəsində elmi tədqiqatların aparılmasına təkan verəcək. Respublikamızda kulturologiya elminin inkişafına xüsusi şərait yaradılır. Artıq iki ildir nazirliyin nəzdindəki 3 qurum birləşdirilərək mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi olkəmizdə mədəniyyətin, mədəniyyətşünaslığın inkişafı üçün müasir dövrün tələblərinə uyğun elmi baza yaratmaqdır.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən Rusiya Kulturologiya İnstitutunun direktoru Kiril Razloqov vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcək.
Qonaq deyib ki, bu saziş birgə tədqiqatların, layihələrin aparılmasına, konfransların, tədbirlərin keçirilməsinə, mütəxəssislərin hazırlığına təkan verəcək.
Sonda əməkdaşlıq üzrə müqaviləni Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri Vilayət İsmayılovla, Rusiya Kulturologiya İnstitutunun direktoru Kiril Razloqov imzalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir